Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Hindistanın “Doordarshan” telekanalına müsahibəsində bildirib.
“Bu məsələnin yeganə həlli ABŞ-nin İrana qarşı aqressiv müharibəsinin tam dayandırılmasıdır. Bundan sonra biz hər bir gəmi üçün təhlükəsiz keçidə zəmanət verəcəyik”, - deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb.
Zərbələr Tehran da daxil olmaqla İranın iri şəhərlərinə endirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib.
Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə də zərbələr endirilib.
İran hakimiyyəti həmçinin ABŞ, İsrail və İrana qarşı aqressiyanı dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı qəbul edib.
Sevinc Əliyeva
Ordu.az