Lavrovdan mane olan jurnalistə: “Cənab, əgər telefonunuzu verməsəniz, onlar silah çıxaracaqlar”

2026/05/1778835906.jpg
Oxunub: 353     14:09     15 May 2026    
Jurnalist mayın 15-də Hindistanda keçirilən mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrova iki dəfə mane olub.

Ordu.az xəbər verir ki, müxbir iki dəfə telefonla danışaraq nazirin sözlərini yarımçıq kəsib.

Lavrov isə jurnalistin kobud davranışına dərhal reaksiya verərək ona zalı tərk etməyi tövsiyə edib.

Xahişlər nəticə vermədikdə Rusiya XİN başçısı diplomatik yumora müraciət edib.

“Cənab, əgər telefonunuzu verməsəniz, onlar silah çıxaracaqlar”, - deyə Lavrov ingilis dilində bildirib.

Bundan sonra zalda gülüş yaranıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin