Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, tədbirin əsas sponsoru Kaskadın tikinti işlərini həyata keçirən Qriqor Ter-Qazaryanın “Ci Ti Bi Holdinq” şirkətidir.
“Sponsorlar arasında həmçinin səhmlərinin 100 faizinə təkbaşına Mareta Gevorkyanın sahib olduğu Evokabank da var. Seçkilər ərəfəsində hakimiyyət onlarla iri miqyaslı tədbir, əsasən konsertlər və bayram mərasimləri təşkil edir və bu silsilə iyunun 7-dək davam edəcək. Hətta sükut və səsvermə günlərində belə hakimiyyət təbilinin səsi kəsilməyəcək, şərab festivalı da keçiriləcək.
Məqsəd insanlara tamaşalar təqdim etmək, onların seçib hakim qüvvəyə səs verməsini təmin etməkdir. Guya onlar öz həyatlarını bayrama çeviriblər. Bəs seçkilərdən sonra nə olacaq, erməni sakin iyunun 7-dən sonra düşünməyə başlayacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az