Kambocanın Baş naziri oktyabrda Bakıda keçiriləcək AQEM-in VII Zirvə Görüşündə iştirak edəcək

2026/05/1778737474.jpg
Oxunub: 395     09:35     14 May 2026    
Kambocanın Baş naziri Hun Manet cari ilin oktyabrında Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Kambocaya işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri ilə görüşündə qeyd olunub.

Bildirilib ki, E.Əmirbəyov görüş zamanı Prezident İlham Əliyevin oktyabr ayında Azərbaycanın ev sahibliyi ilə Bakıda keçiriləcək AQEM-in VII Zirvə Görüşünə dəvət məktubunu Kambocanın Baş naziri Hun Manetə təqdim edib.

Kambocanın Baş naziri də dəvəti məmnunluqla qəbul etdiyini və tədbirdə iştirak etmək niyyətində olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamboca   AQEM  


Bizi "telegram"da izləyin