Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, sənəddə siyasi qüvvələrin aldığı ianələr, üzvlük haqları, çəkdiyi xərclər və bank hesablarında qalan vəsaitlər təqdim olunub.
Məlumata görə, ən böyük maliyyə axını “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan” və “Vətəndaş Müqaviləsi” partiyalarında qeydə alınıb.
Qeyd edilir ki, “Güclü Ermənistan” partiyası üç gün ərzində 63 nəfərdən 108 milyon 898 min dram ianə alıb. Eyni zamanda partiya iri həcmli xərclər edib.
“Əməkhaqları, xidmət haqları və mülki müqavilələr üzrə ödənişlər üçün 351 köçürmə ilə 67 milyon 58 min dram xərclənib.
Bundan əlavə, partiya daşınmaz əmlakın icarəsinə 34 milyon 577 min 333 dram sərf edib. Sənəddə bildirilir ki, 102 köçürmə ilə Kotayk, Göyçə, Armavir, Lori, Zəngəzur, Ağrı, Araqatsotn, Şirak, Vayots Dzor və Tavuş vilayətlərində, eləcə də İrəvanda məkanlar icarəyə götürülüb.
Partiyanın digər xərcləri 16 milyon 472 min 817 dram təşkil edib. Bunun 14 milyon 742 min 817 dramı “Facebook” reklamlarına sərf olunub.
Mayın 6-na olan məlumata görə, partiyanın hesabında 83 milyon 84 min 314 dram qalıb.
“Çiçəklənən Ermənistan” partiyası 48 nəfərdən 75 milyon dram ianə alıb. Partiyanın xərcləri 47 milyon dramdan çox olub”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, bu məbləğin 40 milyon dramı seçki fonduna, 1 milyon 725 min dramı isə əmlak icarəsinə köçürülüb.
“İcarələr Berd, Stepanavan, Vedi, Maralik, Ararat və Masisdə həyata keçirilib. “Vətəndaş Müqaviləsi” partiyası isə 62 nəfərdən 18 milyon 798 min 308 dram ianə, 109 nəfərdən isə 936 min 110 dram üzvlük haqqı alıb.
Partiyanın xərclərinin 7 milyon 664 min 273 dramı əməkhaqları və xidmət ödənişlərinə, 1 milyon dramı daşınmaz əmlak icarəsinə, 34 min 760 dramı isə maddi vəsaitlərin alınmasına sərf olunub.
“Digər xərclər” maddəsi üzrə partiya 10 milyon 222 min 998 dram xərcləyib. Bunun 7 milyon dramı əvvəlcədən ödəniş kimi göstərilib. “Vətəndaş Müqaviləsi”nin bank hesabında 318 milyon 573 min 816 dram qalıb.
“İrəli Mərkəzçi” partiyası 3 nəfərdən 10 milyon 990 min dram ianə alıb. Partiya əmlak icarəsinə 28 milyon 550 min dram, digər xərclərə isə 3 milyon 527 min 748 dram sərf edib.
“İşıqlı Ermənistan” partiyası 7 nəfərdən 13 milyon 100 min dram ianə aldığını açıqlayıb. Xərclər yalnız hesab xidmət haqqı kimi 1000 dramla məhdudlaşıb.
“Hamıya qarşıyam” demokratik partiyası 7 nəfərdən 6 milyon 260 min dram ianə alıb. Xərclənən 6 milyon 394 min 500 dramın 5 milyon 750 min dramı seçki fonduna köçürülüb.
“Yeni dövr” partiyası 3 nəfərdən 3 milyon 406 min dram ianə alıb. Xərc qeydə alınmayıb”, - deyə məqalədə qeyd edilib.
Nəşr yazıb ki, “Birliyin qanadları” partiyası 5 nəfərdən 2 milyon 390 min dram ianə alıb və 1 milyon 550 min dramı digər məqsədlərə sərf edib.
“Ermənistan Lütf” partiyası 60 min dram ianə və 106 min dram üzvlük haqqı alıb. Daşnaksütun isə daşınmaz əmlak icarəsindən 250 min dram gəlir əldə etdiyini açıqlayıb.
Bir sıra siyasi qüvvələr üzrə banklardan məlumat təqdim olunmadığı bildirilib. Bunların arasında “Yeni Güc” islahatçı partiyası, “Armenian National Congress”, “Demokratiya, qanun, intizam” partiyası və “Respublika demokratiyasının müdafiəçiləri ittifaqı” yer alır.
Komissiya bildirib ki, dərc olunan məlumatlar Ermənistan bankları tərəfindən 2026-cı il mayın 6-na olan vəziyyətə əsasən təqdim edilib və hesablamalara partiyaların öz hesabları arasındakı daxili köçürmələr daxil edilməyib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az