Horovlu kənd yaşayış məntəqəsinin 2-ci mərhələsi üzrə layihələndirilmə işlərinə başlanılır

2026/05/1778734522.jpg
Oxunub: 316     08:02     14 May 2026    
Cəbrayıl rayonu Horovlu kənd yaşayış məntəqəsinin 2-ci mərhələsi üzrə layihələndirilmə işlərinə başlanılır.

Ordu.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum sözügedən işlərin icrasını Bakı Dövlət Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Horovlu kənd yaşayış məntəqəsinin 2-ci mərhələsi üzrə layihələndirilmə işləri 920 min manata başa gələcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Horovlu   Layihələndirilmə   Cəbrayıl  


Bizi "telegram"da izləyin