Ermənistan Müdafiə Nazirliyinə məxsus avtobus qatarla toqquşub

2026/05/1778696156.jpg
Oxunub: 592     22:13     13 May 2026    
Bu gün İrəvanda avtomobil və qatarın iştirakı ilə qəza baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə 2026-cı il mayın 13-ü saat 11:20 radələrində Ayvazovski küçəsi 4/14 ünvanı yaxınlığında qeydə alınıb.

Qeyd edilir ki, Ermənistan Müdafiə Nazirliyinin balansında olan avtobus ilə “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinə məxsus qatar toqquşub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin