Ermənistanın sabiq ombudsmanı: “Nikol Paşinyan Ermənistanın baş naziri olmamalıdır”

2026/05/1778690170.jpg
Oxunub: 412     20:33     13 May 2026    
“Nikol Paşinyan Ermənistanın baş naziri olmamalı, “Vətəndaş Müqaviləsi” partiyası isə yenidən hakimiyyətə gəlməməlidir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan İrəvanın Erebuni inzibati rayonunda keçirilən seçkiqabağı kampaniya zamanı bildirib.

Tatoyan “Birlik Qanadları” partiyasının deputatlığa namizədlər siyahısına rəhbərlik edir.

“Biz Robert Köçəryanı Ermənistanın baş naziri seçməyəcəyik. Samvel Karapetyana gəlincə isə hesab edirik ki, Konstitusiya bir nəfər üçün dəyişdirilməməlidir”, - deyə Tatoyan qeyd edib.

Onun sözlərinə görə, digər qərarlar dövlət maraqları əsasında qəbul ediləcək.

“Bu isə o demək deyil ki, biz müxalifətlə əməkdaşlıq etməyəcəyik. Göstərilən məntiq çərçivəsində əməkdaşlığa hazırıq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tatoyan  


Bizi "telegram"da izləyin