Azərbaycan və Belarus hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib - FOTOLAR

2026/05/e978b-8893423945.jpg
Oxunub: 476     19:03     13 May 2026    
Minsk şəhərində Azərbaycan Respublikası və Belarus Respublikasının Müdafiə nazirliklərinin hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi, antiterror və digər döyüş əməliyyatları zamanı informasiya təminatı və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışıb.

Tərəflər, həmçinin strateji kommunikasiyalar sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Xatın” memorial kompleksini ziyarət edib, Belarus Silahlı Qüvvələrinin hərbi informasiya agentiliyi "Vayar" və "VoenTV", eləcə də bir sıra mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə tanış olub.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Belarus  


Bizi "telegram"da izləyin