Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib - FOTOLAR

2026/05/d7146-5336042889.jpg
Oxunub: 547     18:01     13 May 2026    
​Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


​HHQ-də keçirilən görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hərbi aviasiya və hava hücumundan müdafiə üzrə əməkdaşlıqların da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.


​Qeyd edək ki, səfərin başlıca məqsədi hər iki ölkənin HHQ-ləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Özbəkistan   HHQ  


Bizi "telegram"da izləyin