Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib - FOTOLAR

2026/05/1778677221.jpg
Oxunub: 402     16:46     13 May 2026    
Azərbaycanın Sofiyadakı (Bolqarıstan) səfiri Elmar Məmmədov öz etimadnaməsini Bolqarıstan Prezidenti İliyana Yotovaya təqdim edib.

Bu barədə Ordu.az Azərbaycanın Bolqarıstandakı səfirliyinə istinadən xəbər verir.

Mərasim zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Prezidentinə çatdırıb.

Diplomatik missiyada qeyd edilib ki, səfir Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyini ifadə edib.

"Tərəflər 2015-ci ildə Azərbaycan və Bolqarıstan Respublikası arasında qurulmuş strateji tərəfdaşlığı təsdiqləyib və ikitərəfli gündəliyin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar", - səfirliyin məlumatında bildirilib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Bolqarıstan  


Bizi "telegram"da izləyin