Ordu.az xəbər verir ki, bu bəyanat Vladimir Putinin Ermənistanda baş verən prosesləri Ukrayna hadisələri ilə müqayisə etməsindən bir neçə gün sonra səsləndirilib.
Dövlət Dumasının iclasının açılışında çıxış edən Züqanov bildirib: “Heç vaxt düşünməzdim ki, İrəvandan Qırmızı meydanı zərbə altında saxlamaq çağırışları səslənəcək”.
O, Vladimir Zelenskinin adını birbaşa çəkməsə də, onun İrəvandakı çıxışına eyham vurub. Xatırladaq ki, mayın 4-də Ermənistan paytaxtında çıxış edən Zelenski rusların Qırmızı meydan üzərində uçan pilotsuz uçuş aparatlarından qorxduğunu demişdi.
Züqanov Zelenski haqqında danışarkən “o cırtdan, heç başa düşmək olmur ki, kimdir” ifadəsini işlədib.
“Belə bir sual yaranır: niyə buna İrəvanda imkan verirlər və niyə Paşinyanı Moskvada qəbul edirlər? Mən israr edirəm ki, bu siyasətçi, ona necə səs verilməsindən asılı olmayaraq, artıq bizim paytaxtda görünməsin”, - deyə Züqanov bildirib.
Rusiya Kommunist Partiyasının liderinin sözlərinə görə, Ermənistanın Baş naziri Rusiyaya elə bir alçalma və təhqir yaşadıb ki, bundan artığını “böyük bayram ərəfəsində təsəvvür etmək çətindir”.
Alpər Mövludoğlu
Ordu.az