Ərdoğan bu gün Qazaxıstana iki günlük səfərə yola düşəcək

2026/04/1777574171.jpg
Oxunub: 342     02:08     13 May 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-15 may tarixləri aralığında Qazaxıstana səfər edəcək.

Ordu.az xəbər verir ki, Ərdoğan səfərinin ilk günündə paytaxt Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşəcək.

Daha sonra Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı baş tutacaq.

Ərdoğan mayın 15-də Astanadan Türküstan vilayətinə gedəcək. Türkiyə lideri burada təşkil olunacaq Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.

Prezidentin səfəri zamanı Türkiyəyə vitse-prezident Cevdet Yılmaz rəhbərlik edəcək. Bununla bağlı müvafiq sərəncam "Resmi Gazete"də yayımlanıb.

Qeyd edək ki, TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Qazaxıstan  


Bizi "telegram"da izləyin