Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Pit Heqset bildirib ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) həmin vəsaitlərin necə xərclənəcəyi ilə bağlı “tam məlumatlı olduğuna” əmin olmaq istəyir.
Demokrat senator Kris Kuns gecikməni tənqid edib.
“Artıq may ayıdır, bu qanun yanvardan qüvvədədir və bu komissiyanın üzvləri ikipartiyalı əsasda bu sualı sizə və ya nümayəndələrinizə dəfələrlə ünvanlayıblar”, - deyə senator vurğulayıb.
Cəmi iki həftə əvvəl Konqresdəki əvvəlki çıxışı zamanı Heqset vəsaitlərin xərclənəcəyini rəsmi şəkildə təsdiqləmişdi.
Nazirin açıqlaması respublikaçı senator Mitç Makkonnelin “The Washington Post” qəzetində dərc olunan məqaləsində Pentaqonu ayrılmış vəsaiti qəsdən saxlamada ittiham etməsindən cəmi bir gün sonra səslənib.
Sevinc Əliyeva
Ordu.az