Ordu.az xəbər verir ki, TİSAŞ-ın paylaşımında aşağıdakı ifadələr yer alıb:
“2026-cı il mayın 5-9-u tarixlərində keçirilən SAHA 2026 “International Defence & Aerospace Exhibition” sərgisini uğurla başa vurmuşuq. Stendimizi ziyarət edərək bizimlə bir araya gələn bütün dəyərli qonaqlarımıza təşəkkür edir, göstərdikləri yüksək maraqdan məmnunluğumuzu bildiririk”.
TİSAŞ bu il beşincisi təşkil edilən tədbirdə hərbi və mülki bazar üçün hazırladığı yeni nəsil tapança və tüfənglərini nümayiş etdirib.
1700-dən çox şirkət və təxminən 120 ölkədən 200 mindən artıq ziyarətçinin qatıldığı tədbirdə TİSAŞ öz imkanlarını tanıtmaqla yanaşı, müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən mühüm şirkətlərlə görüşüb və yeni kommersiya əlaqələrinin qurulması istiqamətində addımlar atıb.
Sevinc Əliyeva
Ordu.az