“Venesuela ABŞ-nin 51-ci ştatına çevrilməyəcək” - Delsi Rodriges

2026/05/1778608965.jpg
Oxunub: 442     21:56     12 May 2026    
Venesuela prezident səlahiyyətlərini icra edən Delsi Rodriges jurnalistlərə ölkəsinin ABŞ-nin 51-ci ştatına çevrilmək planlarının olmadığını bildirib.

Ordu.az xəbər verir ki, bu bəyanat Prezident Donald Trampın belə bir ehtimalı “ciddi şəkildə nəzərdən keçirdiyini” deməsinə cavab olaraq səslənib.

Rodriges qonşu Qayana ilə Essequibo bölgəsi, yəni faydalı qazıntılar və neftlə zəngin geniş ərazi uğrunda mübahisə ilə bağlı dinləmələrin yekun günündə Haaqadakı BMT Beynəlxalq Məhkəməsində çıxış edib.

“Biz bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi və tariximizi müdafiə etməyə davam edəcəyik. Venesuela koloniya deyil, azad bir ölkədir”, - deyə o vurğulayıb. Rodriges yanvarda, Nikola Maduronun ABŞ əməliyyatından sonra devrilməsindən sonra hakimiyyətə gəlib.

Daha əvvəl “Fox News”da çıxış edən Donald Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatına çevirmək imkanını “ciddi şəkildə nəzərdən keçirdiyini” bildirib. Ağ Evin mətbuat katibi Anna Kelli bu planları şərh etməkdən imtina edib və yalnız prezidentin “status-kvo ilə barışmamaq istəyi” ilə tanındığını deyib. O, həmçinin Rodrigesi ABŞ ilə “inanılmaz dərəcədə konstruktiv əməkdaşlığa” görə tərifləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   ABŞ  


Bizi "telegram"da izləyin