Uqanda Prezidenti Yoveri Museveni yeddinci müddət üçün and içdi

2026/05/1778608865.jpg
Oxunub: 422     21:51     12 May 2026    
Uqanda Prezidenti Yoveri Museveni yeddinci müddət üçün and içib. Bu, onun Şərqi Afrika ölkəsində hakimiyyətini beşinci onilliyə qədər uzadır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Partizan hərəkatının 81 yaşlı keçmiş lideri yanvar seçkilərinin qalibi elan edilmişdi və səslərin 72 faizini toplamışdı. Seçki kampaniyası zorakılıq dalğaları və saxtakarlıq iddiaları ilə müşayiət olunmuşdu.

İnauqurasiya nitqində Museveni 1986-cı ildə hakimiyyətə gəldiyi vaxtdan etibarən əldə etdiyi iqtisadi uğurları yüksək qiymətləndirib. Gələn maliyyə ilində xam neftin sənaye üsulu ilə hasilatına başlanması ilə iqtisadiyyatın ikirəqəmli artım göstəricilərinə çıxacağı gözlənilir.

Son vaxtlar Museveninin hakimiyyəti ötürmək planları barədə fərziyyələr artır. Geniş yayılmış fikrə görə, o, öz varisi kimi ordu komandanı olan oğlu Muxuzi Kaynerruqabani üstün tutur, halbuki prezidentin özü Kaynerruqabanini həmin vəzifə üçün hazırladığını təkzib edir.

Son iki seçkidə Musevenidən sonra ikinci yeri tutmuş pop ulduz Bobi Vayn isə ABŞ-də sürgündədir. O, səsvermədən sonra evinə qarşı hərbi hücumdan sonra ölkəni tərk edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uqanda   Prezident  


Bizi "telegram"da izləyin