ASELSAN BSDA 2026-da texnologiyalarını nümayiş etdirəcək

2026/05/1778605087.jpg
Oxunub: 548     20:56     12 May 2026    
ASELSAN mayın 13-15-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Beynəlxalq Qara Dəniz Müdafiə, Aviasiya və Təhlükəsizlik Sərgisində (BSDA) iştirak edəcək.

Ordu.az xəbər verir ki, iki ildən bir keçirilən sərgi Şərqi Avropanın aparıcı müdafiə və təhlükəsizlik tədbirlərindən biri hesab olunur.

Tədbir NATO müttəfiqləri və tərəfdaş ölkələrdən müdafiə şirkətlərini, hərbi nümayəndə heyətlərini və hökumət təmsilçilərini bir araya gətirir.

ASELSAN sərgi çərçivəsində qabaqcıl rabitə sistemləri, elektro-optik həllər və müdafiə elektronikası texnologiyaları başda olmaqla müxtəlif hərbi sistemlərini təqdim etməyi planlaşdırır.

Tədbir boyunca sözügedən həllərini ziyarətçilərlə bölüşəcək ASELSAN bu iştirak vasitəsilə bölgədəki müdafiə sənayesi əməkdaşlıqlarını gücləndirməyi hədəfləyir.

Sərgidə mütəmadi iştirak edən ASELSAN BSDA 2024-də Rumıniyanın dövlətə məxsus müdafiə sənayesi şirkəti ROMARM ilə anlaşma memorandumu imzalamışdı.

Memorandumla iki şirkət ağıllı sursatlar və tuşlama dəstləri başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəlmişdi.

İlk dəfə 2007-ci ildə keçirilən Beynəlxalq Qara Dəniz Müdafiə, Aviasiya və Təhlükəsizlik Sərgisi (BSDA) müdafiə şirkətlərinin yeni texnologiyalarını nümayiş etdirdiyi və NATO ilə müttəfiq ölkələr arasında əməkdaşlığın inkişafına imkan yaradan mühüm platformalardan biri kimi ön plana çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   BSDA-2026  


Bizi "telegram"da izləyin