Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi şirkəti SARSILMAZ da bu mühüm tədbirdə yer alacaq.
Tədbir NATO müttəfiqləri və tərəfdaş ölkələrdən müdafiə şirkətlərini, hərbi nümayəndə heyətlərini və hökumət təmsilçilərini bir araya gətirir.
SARSILMAZ sərgi çərçivəsində silah sistemlərini nümayiş etdirərək həllərini ziyarətçilərlə bölüşəcək.
Şirkət yeni məhsul və layihələrini beynəlxalq təchizatçılara və iştirakçılara təqdim etməklə yanaşı, ölkələrin təhlükəsizlik qurumları və silahlı qüvvələrinin nümayəndələri ilə müxtəlif görüşlər keçirəcək.
SARSILMAZ bu iştirak vasitəsilə NATO və Avropa müdafiə bazarlarındakı mövcudluğunu genişləndirməyi hədəfləyir.
İlk dəfə 2007-ci ildə keçirilən Beynəlxalq Qara Dəniz Müdafiə, Aviasiya və Təhlükəsizlik Sərgisi (BSDA) müdafiə şirkətlərinin yeni texnologiyalarını nümayiş etdirdiyi və NATO ilə müttəfiq ölkələr arasında əməkdaşlığın inkişafına imkan yaradan mühüm platformalardan biri kimi ön plana çıxır.
Sevinc Əliyeva
Ordu.az