Rutte NATO ölkələrinə çağırış edib

2026/04/1776522933.jpg
Oxunub: 385     20:23     12 May 2026    
NATO ölkələri müdafiə sənayesinə investisiyaları artırmalıdırlar.

Ordu.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

"NATO ölkələrinin müdafiə büdcələri müdafiə sənayesinin inkişafına yönəldilməlidir. Çünki həm ABŞ-də, həm də Avropada istehsal səviyyəsi yetərli deyil. Bu, ümumi problemdir və biz Atlantik okeanının hər iki tərəfində müdafiə sənayesi üzərində birgə işləməliyik. Bu, Ankarada müzakirə edəcəyimiz əsas mövzu olacaq", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   NATO  


Bizi "telegram"da izləyin