Ordu.az xəbər verir ki, Rutte bu açıqlamanı NATO-nun Hörmüz boğazındakı vəziyyətin tənzimlənməsinə hansı dəstəyi göstərə biləcəyi ilə bağlı davam edən müzakirələr fonunda verib.
“Qısamüddətli perspektivə baxsaq, təbii ki, İran ətrafında və onunla bağlı müzakirələr gedir. Biz Avropalı müttəfiqlərin Hörmüz boğazında yaranmış vəziyyətlə əlaqədar necə yardım göstərə biləcəyini təmin etməyə çalışırıq”, - deyə Rutte Monteneqroda keçirdiyi mətbuat konfransında bildirib.
Baş katib vurğulayıb ki, cari taktiki mübahisələr onun alyansın sabitliyi ilə bağlı ümumi qiymətləndirməsinə təsir göstərmir.
“NATO-nun gələcəyi ilə bağlı daha fundamental məsələyə gəlincə, mən çox nikbinəm”, - deyə o əlavə edib.
Rutte buna əsas kimi Avropalı müttəfiqlər və Kanadanın müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı öhdəliklərini göstərib.
Sevinc Əliyeva
Ordu.az