Pentaqon: İranla müharibənin dəyəri 29 milyard dollara çatıb

2026/05/1778600730.jpg
Oxunub: 631     19:32     12 May 2026    
Pentaqonun aprelin 29-da açıqladığı rəsmi məlumatlara görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara xərci ilk iki ayda təxminən 25 milyard dollar təşkil edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumatların yenilənməsi ilə bağlı suala cavab verən Pentaqonun maliyyə direktoru Culs Herst III bildirib:

“İfadə verdiyim zaman məbləğ 25 milyard dollar idi. Lakin Birləşmiş Qərargahın komandası və nəzarətçi hesablamaları daim yenidən nəzərdən keçirirlər və hazırda rəqəmin 29 milyarda yaxın olduğunu düşünürük”.

Xərclərin artması aşağıdakı amillərlə bağlıdır:

zədələnmiş texnikanın təmiri və əvəzlənməsi xərclərinin yenilənməsi,
maddi hissənin doldurulması xərcləri,
döyüş əməliyyatları zonasındakı qoşun qrupunun saxlanması üzrə ümumi əməliyyat xərcləri.

ABŞ müharibə naziri Pit Heqset silah-sursat çatışmazlığı ilə bağlı qanunvericilərin narahatlıqlarına toxunaraq bildirib ki, problem “düşünülmədən və qeyri-konstruktiv şəkildə şişirdilib”. O, Pentaqonun zəruri əməliyyatlar üçün yetərli ehtiyata malik olduğuna əmin edib.

Bununla belə, demokrat senator Mark Kelli CBS efirində ABŞ silah anbarlarının tükənmə səviyyəsini “şokedici” adlandırıb. Onun sözlərinə görə, İranla qarşıdurma zamanı aşağıdakı sistemlərin ehtiyatları ciddi şəkildə azalıb:

Tomahawk qanadlı raketləri, ATACMS əməliyyat-taktiki raket kompleksləri, SM-3 önləyici raketləri, THAAD komplekslərinin mərmiləri, “Patriot” sistemlərinin raketləri.

Senator xəbərdarlıq edib ki, ehtiyatların bərpası illər çəkə bilər və bu da ABŞ-ni Çinlə gələcək mümkün qarşıdurma zamanı həssas vəziyyətdə qoya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörst   İran   ABŞ  


Bizi "telegram"da izləyin