Ordu.az xəbər verir ki, bu barədə İİKK Hərbi Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Əkbərzadə açıqlama verib.
“Hörmüz boğazı zonası bizim üçün daha da genişlənib. Başqa sözlə, Hörmüz boğazı böyüyərək geniş əməliyyat zonasına çevrilib”, - deyə onun sözlərini İİKK-nin teleqram kanalı yayıb.
Əkbərzadə bildirib ki, əvvəllər İİKK üçün Hörmüz boğazı Hörmüz və Həngam adalarının ətrafı ilə məhdudlaşırdısa, bundan sonra həmin zona Caskdan qərbdə yerləşən Siri adasına və daha uzaq ərazilərə qədər uzanacaq.
Sevinc Əliyeva
Ordu.az