Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Danışıqların kifayət qədər mürəkkəb tərəfləri var. Amma mən sizə müsbət məqamlar barədə danışmaq istəyirəm. Hər iki tərəf əslində müharibəni başa çatdırmaq istəyir. Onlar Hörmüz boğazını açmaq, blokadada qalan gəmilər məsələsini həll etmək istəyirlər. Onların mövqeyi və niyyəti budur. Problem isə bunu elə formalaşdırmaq və sənəd üzərində təsbit etməkdir ki, tərəflər bunu qəbul edə bilsin. Hazırda tərəflər arasında mesaj mübadiləsi davam edir”, - deyə Fidan Qətərdə qətərli həmkarı Məhəmməd bin Əbdülrəhman Al Taninin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.
Fidanın sözlərinə görə, “müharibəyə qayıdış yalnız dağıntıları artıracaq”.
“Hörmüz boğazından silah kimi istifadə olunmasının qarşısının alınması regional təhlükəsizlik, sabitlik və qlobal iqtisadiyyat baxımından son dərəcə vacibdir. Bu baxımdan biz təhlükəsiz keçidin təmin olunmasına və gələcəkdə hazırkı vəziyyətin təkrarlanmasının qarşısının alınmasına yönəlmiş bütün səyləri dəstəkləyirik. Biz həmin səylərdə iştirak edirik və prioritetimiz sülh yolu ilə diplomatik həll variantıdır”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az