ABŞ Kuba ilə danışıqlara hazırlaşır

2026/05/1778574054.jpg
Oxunub: 327     19:04     12 May 2026    
ABŞ Prezidenti Donald Tramp Kuba hakimiyyətinin kömək istədiyini və Vaşinqtonun danışıqlara hazırlaşdığını açıqlayıb.

Ordu.az bu barədə xarici mediaya istinadla xəbər vedrir.

“Heç bir respublikaçı mənimlə Kuba haqqında danışmayıb, çünki Kuba uğursuz bir dövlətdir və yıxılmaqdadır! Kuba kömək istəyib və biz danışacağıq!”, - deyə Tramp TruthSocial sosial şəbəkəsində yazıb.

Lakin o, tərəflər arasında təmasların harada və nə vaxt baş tuta biləcəyini dəqiqlə şdirməyib açıqlamayıb.

Eyni zamanda, prezident tezliklə Çinə səfər edəcəyini xatırladıb. Tramp mayın 13-dən 15-dək Çinə dövlət səfəri edəcək.

Mayın 1-də Tramp Kubaya qarşı bir sıra əlavə məhdudiyyətlər tətbiq edən sərəncam imzalayıb . Bu, ABŞ Dövlət Katibinə Maliyyə Naziri ilə əlaqələndirilərək həm Amerika vətəndaşlarına, həm də Kuba iqtisadiyyatının müəyyən sektorlarında iştirak edən əcnəbilərə qarşı əlavə sanksiyalar tətbiq etməyə imkan verir. Xüsusilə, sərəncamda enerji, müdafiə, mədənçilik, metallurgiya və maliyyə xidmətləri qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kuba  


Bizi "telegram"da izləyin