Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Biz artıq konkret ərazilərdə böyük hərbi bazaların yerləşdirilməsi məntiqi ilə hərəkət etmirik: bu yanaşma artıq anlaşılmırdı və xüsusilə Rusiya ritorikası ilə əlaqədar olaraq neo-müstəmləkəçi bir alət kimi qəbul olunmağa başlamışdı. Belə münasibətlər sağlam deyildi; onları yenidən mənalandırmaq lazım idi”,- o, Nayrobidə keçirilən “Afrika irəli!” sammiti münasibətilə verdiyi müsahibəsində deyib.
Fransa Prezidenti əlavə edib ki, Fransa hakimiyyəti müxtəlif ölkələrin ordularına təlim keçir, onları maddi-texniki olaraq təchiz edir və strukturun təkmilləşdirilməsinə kömək edir
“Bəzən biz dövlətləri dəstəkləmək məqsədilə müdaxilə edirik, lakin artıq orada daimi əsasda qalmırıq”, - deyə Fransa lideri qeyd edib.
Ordu.az