Ukrayna Prokurorluğu Yermakın həbsini tələb etmək niyyətindədir

2025/11/1764313081.jpg
Oxunub: 358     17:33     12 May 2026    
Ukraynanın İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu məhkəmədən Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın 180 milyon qrivna (4,1 milyon dollar) məbləğində girovun ödənilməsi alternativi ilə həbs olunmasını tələb edəcək.

Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə prokurorluğun rəhbəri Aleksandr Klimenko bildirib.

"Prokurorluq 180 milyon qrivna məbləğində girovun ödənilməsi alternativi ilə həbs qətimkan tədbirinin seçilməsini xahiş edəcək", – Klimenko Kiyevdə keçirilən brifinqdə deyib.

Milli Antikorrupsiya Bürosunun direktoru Semyon Krivonos isə vurğulayıb ki, ilkin istintaq həyata keçirilməsi vacib olan bir sıra istintaq tədbirlərindən – axtarışlar, dindirilmələr, ekspertizalardan asılıdır. "Bu cinayət icraatında biz ekspertlərə mümkün təzyiq səbəbindən ekspertizanın aparılmasında problemlərlə üzləşdik", – o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yermak   Ukrayna  


Bizi "telegram"da izləyin