Almaniyanın "Rheinmetall" şirkəti kamikadze dronların istehsalına başlayır

2026/05/1778591975.jpg
Oxunub: 373     16:57     12 May 2026    
Almaniyanın nəhəng müdafiə konserni olan "Rheinmetall" kamikadze dronlarının istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə baş direktor Armin Pappergerə istinadən DPA agentliyi məlumat yayıb.

"Hazırda biz Noysdakı zavodumuzda bu sistemin seriyalı istehsalına başlayırıq", - o, səhmdarların onlayn iclası zamanı bildirib.

Onun sözlərinə görə, dron hədəfə çırpılıb partlamazdan əvvəl havada 70 dəqiqəyə qədər qala bilər.

Bu model artıq Braunşveyqdəki zavodda istehsal olunur və şirkət Noysdakı zavodda istehsalı genişləndirməyə hazırlaşır. Əvvəllər bu zavodda avtomobil ehtiyat hissələri istehsal edilirdi, lakin "Rheinmetall" avtomobil komponentlərinin tədarükü üzrə zərərlə işləyən biznesindən imtina edir.

Gələcəkdə Noysdakı zavod FV-014 modelli dronlar kimi müdafiə avadanlıqlarının istehsalı üçün istifadə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rheinmetall  


Bizi "telegram"da izləyin