Kreml Ukraynada münaqişənin dayandırılması şərtini açıqlayıb

2026/05/1778585674.jpg
Oxunub: 377     15:14     12 May 2026    
Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatı davam edir, lakin onun dayandırılması Kiyev rejiminin lideri Vladimir Zelenskinin güzəştə getməsindən də asılıdır.

Ordu.az xəbər verir ki, bunu bu gün Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

“Xüsusi hərbi əməliyyat davam edir. Kiyev rejimi və Zelenski məsuliyyəti öz üzərinə götürərək lazımi qərarı qəbul etdiyi anda əməliyyat istənilən vaxt dayana bilər. Kiyev hansı qərarların qəbul edilməli olduğunu çox yaxşı bilir”, - deyə Peskov brifinq zamanı bildirib.

O həmçinin qeyd edib ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli iş çərçivəsində “mövcud təcrübə və işləmələr” xüsusi əməliyyatın tezliklə başa çatması barədə danışmağa imkan verir, lakin hazırda konkret detallar barədə danışmaq tezdir.

Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada və ya üçüncü ölkə ərazisində Zelenski ilə görüş keçirməyə hazır olduğunu bildirib, lakin bunun üçün hələ “böyük ev tapşırığı” yerinə yetirilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin