ABŞ ordusunda islahatlar aparılacaq - Xüsusi komissiya yaradılıb

2026/04/1777549192.jpg
Oxunub: 344     14:46     12 May 2026    
ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda və ABŞ Silahlı Qüvvələrində mövcud hüquqi münasibətlərin hərtərəfli təhlilini aparacaq, daha sonra isə genişmiqyaslı hüquqi islahat həyata keçirəcək xüsusi komissiyanın yaradıldığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri öz rəsmi “X”səhifəsində yazıb.

“Hərbi qulluqçularımıza təsir edən hərbi-hüquqi sistemimizin bütün aspektlərinin genişmiqyaslı, uzunmüddətli və bütün qurumu əhatə edən təhlilinin aparılması üçün xüsusi komissiya yaradıram. Bu komissiya etimadı möhkəmləndirəcək, Silahlı Qüvvələrimizi gücləndirəcək və real islahatlar həyata keçirəcək”,- deyə Heqset yazıb.

O əlavə edib ki, islahatların nəticəsində hərbi qulluqçuların ehtiyaclarına daha uyğun və daha əlçatan daxili hüquqi sistem formalaşdırılmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu  


Bizi "telegram"da izləyin