Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Atəşkəs rejiminin müddəti başa çatdıqdan sonra Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatın keçirilməsini davam etdirib", - məlumatda deyilir.
Bildirilib ki, Rusiya qoşun birləşmələri Ukrayna bölmələrinə zərbələr endirir.
Qeyd edək ki, faşizm üzərində Qələbə Günü münasibətilə mayın 8-dən 10-dək Rusiya və Ukrayna arasında atəşkəs elan edilmişdi.
Ordu.az