“The Economist”: Ukrayna üç ildə ilk dəfə cəbhədə təşəbbüsü öz əlinə alır

2026/05/1778574232.jpg
Oxunub: 487     12:17     12 May 2026    
Vladimir Zelenskinin mayın 9-da Moskvanın Qırmızı Meydanında parad keçirməsinə “icazə verməsi” təkcə istehza kimi deyil, həm də döyüş meydanında dəyişən qüvvələr nisbətinin yaratdığı güc nümayişi kimi də qiymətləndirilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Qedy edilib ki, rus ordusu ənənəvi yaz hücumunun başlanmasına dair heç bir əlamət göstərmir. Əksinə, artıq ikinci aydır ki, sanki ərazilər itirir. Demək olar ki, üç ilin içində ilk dəfə müharibədə üstünlük Ukraynanın tərəfinə keçir.

“Ukrayna çox sərt keçən qışı, şəhərlərin və enerji sisteminin demək olar ki, hər gecə pilotsuz uçuş aparatları və raket zərbələri altında qalmasını dəf edərək vəziyyəti öz xeyrinə dəyişə bilib. İndi isə daha böyük itkiləri Rusiya tərəfi verir. Bu, həm cəbhədə, həm də arxa cəbhə infrastrukturunda özünü göstərir”, - deyə nəşr bildirib.

London Kral Kollecinin fəxri professoru, hərbi ekspert ser Lourens Fridman “The Economist”ə deyib: “Elə təəssürat yaranır ki, müharibədə dönüş nöqtəsi yetişib. Əgər rusların cəhdləri nəticə verməsə, bəzi istiqamətlərdə onların mövqelərinin sadəcə çökməsinə təəccüblənmərəm”.

Döyüş meydanında nəticələrin olmaması Ukrayna Silahlı Qüvvələrinin qurduğu pilotsuz uçuş aparatları səddi ilə izah olunur və bu da itkilərin ənənəvi nisbətini dəyişib. Əvvəlki münaqişələrdə bir həlak olanın qarşılığında adətən 2-3 yaralı qeydə alınırdısa, indi Ukrayna cəbhəsində, Vladimir Zelenskinin bildirdiyinə görə, bir yaralıya qarşı Rusiya demək olar ki, iki həlak verir. Lourens hesab edir ki, “rus əsgərlərinin stoisizmi və fatalizmi tükənməyə yaxındır”.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş analitiki Set Consun sözlərinə görə, bu gün ön xətdə rus əsgərlərinin 80 faizə qədəri məhz pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində məhv edilir. Yaralıların isə, rus ordusunun onsuz da taleyi ilə xüsusilə maraqlanmadığı yaralıların, sadəcə ölümlə üzləşdiyi bildirilir. Onları təxliyə etmək demək olar ki, mümkünsüzdür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin