Fransada atışma olub, iki nəfər ölüb, altı nəfər yaralanıb

2025/06/1751291445.jpg
Oxunub: 464     11:21     12 May 2026    
Nitsada (Fransa) narkotik məntəqəsi yaxınlığında baş verən atışma nəticəsində iki nəfər ölüb, altı nəfər ağır yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli media polisə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə yerində 17 giliz aşkar edilib. Atışmanı törədən şəxs əvvəlcədən yaxınlıqda park edilmiş avtomobillə hadisə yerindən qaçıb.

Qeyd edilib ki, istintaq başlayıb.

Prokurorluğun məlumatına görə, zərərçəkənlərdən üçü daha əvvəl narkotik alverinə görə məhkum olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Atışma  


Bizi "telegram"da izləyin