Tramp administrasiyası məhkəmədən qlobal tariflər işi ilə bağlı qərarını ləğv etməsini istəyib

2026/05/1778436283.jpg
Oxunub: 346     06:40     12 May 2026    
Ağ Ev lideri Donald Trampın administrasiyası ABŞ məhkəməsindən tətbiq etdiyi qlobal tariflərə qarşı qərarın müvəqqəti olaraq dayandırılmasını istəyib.

Ordu.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, müvafiq ərizə bir gün əvvəl, mayın 11-də təqdim edilib.

Söhbət Tramp administrasiyası tərəfindən idxal mallarına tətbiq edilən 10% universal tarifdən gedir. Federal hökumət məhkəmədən apelyasiya şikayəti verilənə qədər tarif mexanizmini dayandırmağı xahiş edib.

Beləliklə, ABŞ hakimiyyəti mübahisəli rüsumların tətbiqini məhdudlaşdıra və ya ləğv edə biləcək məhkəmə qərarının dərhal qüvvəyə minməsinin qarşısını almaq niyyətindədir.

Qeyd olunur ki, tarif siyasəti Tramp administrasiyasının iqtisadi strategiyasının əsas alətlərindən biri olaraq qalır və həm ABŞ daxilində, həm də Vaşinqtonun ticarət tərəfdaşları arasında ciddi fikir ayrılıqlarına səbəb olur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin