"Le Monde": Luvrda terror aktı planlaşdıran şəxs saxlanılıb

2024/06/1718257201.jpg
Oxunub: 408     00:44     12 May 2026    
Fransa polisi Luvrda terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşını saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Milli Terrorla Mübarizə Prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, 7 mayda həbs edilən 27 yaşlı sənədsiz immiqrant radikal İŞİD terror qruplaşmasından ilhamlanaraq zorakı hərəkətlər planlaşdırıb.

İddialara görə, həmin şəxs Parisin XVI rayonunda Luvr və yəhudi icmasına hücum etmək niyyətində olduğunu bildirib.

Bundan əlavə, saxlanılan şəxs İŞİD terror təşkilatına qoşulmaq üçün Mozambik və ya Suriyaya səyahət etməyi düşünürdü.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Luvr   Terror  


Bizi "telegram"da izləyin