Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi regional diplomatlara istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, qəbul olunmuş ənənəyə görə, hərbi təzminatı məğlub tərəf ödəyir. Tramp İranın təkliflərində “hərbi təzminat” ifadəsinin yer almasına son dərəcə ehtiyatla yanaşır, çünki belə bir ifadə ilə razılaşmaq ABŞ-nin məğlubiyyətini qəbul etməsi kimi qiymətləndirilə bilər.
Diplomatlardan biri əlavə edib ki, Pakistan hazırda ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumunun hazırlanmasına vasitəçilik etməyə çalışır. Sənədin məqsədi müharibənin dayandırılması və həll olunmamış məsələlərlə bağlı daha geniş dialoqun qorunub saxlanılmasıdır.
Onun sözlərinə görə, İslamabad regionun digər ölkələrinin dəstəyindən yararlanır. Baş nazir Şahbaz Şərif, xarici işlər naziri İshaq Dar və ordu komandanı, feldmarşal Asim Munir həm münaqişə tərəfləri, həm də regional hökumətlərlə əlaqə saxlayırlar. Onların səyləri atəşkəs rejiminin qorunmasına, müharibənin tam dayandırılmasına və gələn həftə üzbəüz danışıqların keçirilməsi ilə bağlı tərəflər arasında razılığın əldə olunmasına yönəlib.
Sevinc Əliyeva
Ordu.az