Makron Keniyadakı sammitdə Afrika üçün 23 milyard avro investisiya elan edib

2026/05/1777995341.jpg
Oxunub: 552     20:36     11 May 2026    
Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi Nayrobidə keçirilən və qitənin gələcəyinə həsr olunan genişmiqyaslı sammit zamanı Afrikanın inkişafı üçün 23 milyard avro ayrılacağını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Fransa Keniyanın paytaxtında keçirilən iki günlük “Africa Forward” sammitinə onlarla dövlət başçısı və biznes liderini toplayıb. Tədbirin məqsədi Paris ilə Afrika qitəsi arasında qarşılıqlı fəaliyyət formatını yeniləməkdir. Bu addım keçmiş müstəmləkələrlə uzun illər davam edən gərgin münasibətlərdən sonra atılır.

Makronun təqdim etdiyi investisiya paketi aşağıdakıları əhatə edir:

14 milyard avro - Fransa qurumlarının dövlət və özəl vəsaitləri,

9 milyard avro - afrikalı investorların vəsaitləri.

Maliyyələşmənin əsas istiqamətləri enerji keçidi, rəqəmsal texnologiyalar və süni zəka, dəniz iqtisadiyyatı və kənd təsərrüfatıdır. Makronun sözlərinə görə, bu investisiyalar həm Fransada, həm də Afrika ölkələrində 250 min birbaşa iş yerinin yaradılmasına imkan verəcək.

“Biz burada yalnız sizinlə birlikdə Afrika qitəsinə investisiya yatırmaq üçün deyilik. Bizə lazımdır ki, Afrikanın iri biznes liderləri gəlib Fransaya da investisiya qoysunlar”, - deyə o, Nayrobi konfrans mərkəzində bildirib.

“Hazırda münasibətlərimiz məhz bunun üzərində qurulur və artıq tam şəkildə komplekslərdən uzaqdır”, - deyə Makron əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Afrika  


Bizi "telegram"da izləyin