Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş sabah baş tutacaq və ona Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə Fransanın müdafiə naziri Katrin Votren birgə sədrlik edəcəklər.
“Bizim məqsədimiz yalnız danışmaq deyil, həm də hərəkət etməyə hazır olduğumuzu təmin etməkdir”, - deyə Hili bildirib.
O əlavə edib ki, Böyük Britaniya lazım gəldiyi halda missiyanı dəstəkləməyə hazır olmaq üçün HMS “Dragon” esminesini Yaxın Şərqə göndərib.
“Bu hökumət qeyri-sabitlik Britaniya ailələri və biznesi üçün xərcləri artırdığı halda əllərini yanına salıb oturmayacaq”, - deyə o vurğulayıb.
İran bazar günü Hörmüz boğazında Britaniya və Fransa hərbi gəmilərinə hücum etməklə hədələyib.
Fransa Prezidenti Emmanuel Makron isə daha sonra açıqlama verərək bildirib ki, Fransa “heç vaxt” döyüş xarakterli dəniz missiyasının yerləşdirilməsini nəzərdən keçirməyib.
Onun sözlərinə görə, söhbət İranla koordinasiya şəraitində həyata keçirilməli olan təhlükəsizlik missiyasından gedir.
Böyük Britaniya artıq HMS “Dragon”un regionda yerləşdirildiyini açıqlayıb ki, gəmi ABŞ-İsrail və İran arasında müharibə başa çatdıqdan sonra şərait imkan verərsə çoxtərəfli missiyada iştirak edə bilsin.
Sevinc Əliyeva
Ordu.az