Əks halda, İsrailin Baş naziri çətin ki, açıq şəkildə desin ki, Donald Tramp ona “İran ərazisində quru əməliyyatı həyata keçirmək və zənginləşdirilmiş uran ehtiyatlarını çıxarmaq perspektivi ilə maraqlandığını” söyləyib. Netanyahu mahiyyət etibarilə ABŞ və İsrailin İranın nüvə proqramını məhv etmək üçün birgə əməliyyat hazırladığını açıqlayıb.
Aydın olur ki, o, “qara işin məsuliyyətini” də öz üzərinə götürüb. ABŞ-nin İsrailə göstərdiyi illik maliyyə dəstəyindən danışarkən, o, hökumətinin yaxın vaxtlarda bundan imtina etməyi planlaşdırdığını bildirib. Eyni zamanda, Netanyahu ABŞ-nin ehtiyata buraxılmış generalı Cek Kinin etirafını xatırladıb ki, “İsrail kəşfiyyatının ABŞ-yə verdiyi məlumatlar beş CIA dəyərindədir”.
Görünür, o, Amerika ictimaiyyətinə başa salmağa çalışıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarını çıxarıb ABŞ-yə daşımaq üzrə xüsusi əməliyyatı yalnız İsrailin MOSSAD-ı həyata keçirə bilər. Qərb mənbələri son günlər İsrailin “İraq ərazisində gizli baza yaratdığı” barədə məlumat yayıb.
Netanyahunun açıqlaması bu baxımdan daha çox təbliğat gedişi təəssüratı yaradır. Real hərbi əməliyyata hazırlaşsaydı, belə bir “anons” etməzdi. Xüsusilə ona görə ki, İranın zənginləşdirilmiş uran ehtiyatları ölkənin müxtəlif yerlərindədir və “bombalanmış nüvə obyektlərinin xarabalıqları altında” yerləşir.
Asif Cəfərov
Ordu.az