Ordu.az xəbər verir ki, Britaniya hökuməti həmin şəxslərin və qurumların “düşmən fəaliyyətlərində”, o cümlədən hücum planlarında və Böyük Britaniya ilə digər ölkələrin sabitliyini pozmaqda ittiham olunan qruplara maliyyə dəstəyi göstərməkdə iştirak etdiyini bildirib.
Bazar ertəsi yayımlanan açıqlamada Böyük Britaniya hökuməti aşağıdakı tədbirlərin tətbiq olunduğunu qeyd edib:
aktivlərin dondurulması,
ölkəyə giriş qadağası,
rəhbər vəzifələr tutma qadağası.
Britaniya tərəfinin iddiasına görə, bu tədbirlər İranla əlaqəli və xaricdə fəaliyyət göstərə biləcək, təhlükəsizlik üçün risk yaradan şəbəkələrin fəaliyyətinə qarşı yönəlib.
Sevinc Əliyeva
Ordu.az