Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.
“Müxtəlif ölkələr bu məsələ ilə bağlı əlaqələri davam etdirirlər və regionun bir çox dövləti gərginliyin artması ilə bağlı real narahatlıq keçirir. Bununla belə, vasitəçi əvvəlki kimi Pakistan olaraq qalır. Pakistan İran və ABŞ arasında rəsmi vasitəçi kimi bu istiqamətdə fəaliyyətini davam etdirir”, - deyə diplomat mətbuat konfransında bildirib.
Bəqainin sözlərinə görə, Qətər Tehran və Vaşinqtonla yaxşı münasibətləri qoruyub saxlayan regionun ən fəal ölkələrindən biri olaraq qalır və mütəmadi olaraq nizamlanma məsələsi ilə bağlı öz fikir və təkliflərini İranın xarici işlər naziri Abbas Əraqçi ilə bölüşür.
Sevinc Əliyeva
Ordu.az