Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Ağ Evin möhtəşəm zalı planlaşdırıldığından daha sürətlə tikilir”, - deyə Tramp yazıb və paylaşımına foto da əlavə edib.
Tramp dəfələrlə Ağ Evdə tədbirlər üçün kifayət qədər böyük məkan olmadığından şikayət etmişdi.
Vəzifəsinin icrasına başladıqdan sonra Tramp Ağ Evdə genişmiqyaslı təmir işlərinə başlayıb və müxtəlif qızıl işləməli bəzəklər əlavə etdirib.
Müxtəlif dövlət qurumlarından prezidentin ən çox sevdiyi antik əşyalar və mebellər iqamətgaha daşınıb. Bal zalının tikintisi üçün Tramp Şərq qanadının qismən sökülməsi barədə göstəriş vermişdi.
Sevinc Əliyeva
Ordu.az