Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Çin Xalq Respublikasının Prezidenti Si Cinpinin dəvəti ilə ABŞ Prezidenti Donald Tramp 2026-cı il mayın 13-dən 15-dək Çinə dövlət səfəri edəcək”, - deyə qurumun saytında yayımlanan bəyanatda bildirilib.
Ağ Evin administrasiya nümayəndəsi Anna Kelli bir gün əvvəl bildirib ki, Çin Xalq Respublikasının Prezidenti ilə görüşmək məqsədilə mayın 14-dən 15-dək Çinə səfəri zamanı ABŞ Prezidenti iki ölkə arasında münasibətlərin sabitləşdirilməsi ilə məşğul olmağı planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az