Gəmilərdə istifadə olunan fövqəladə mövqe ötürücüsünü yerli imkanlarla istehsal etdilər - VİDEO

2026/05/1778259928.jpg
Oxunub: 601     20:54     08 May 2026    
“Pharus Tech Mühendislik ve Teknoloji AŞ” şirkətinin baş direktoru Mehmet Doğan bildirib ki, qəza zamanı gəmidən kimlik və mövqe məlumatlarını ötürərək peyk rabitəsi vasitəsilə təcili yardımın gəlməsini təmin edən fövqəladə mövqe ötürücüsünü yerli və milli imkanlarla hazırlayıblar.

Ordu.az xəbər verir ki, Doğan “Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində nümayiş etdirdikləri cihaz barədə məlumat verib.

Mehmet Doğan Türkiyənin illərdir idxal etdiyi cihazı yerli və milli imkanlarla istehsal etməyin qürurunu yaşadıqlarını bildirərək bunları deyib:

“EPIRB qəza halında gəmidən kimlik və mövqe məlumatı ötürərək peyk rabitəsi vasitəsilə təcili yardımın gəlməsini təmin edən yüksək texnologiyalı cihazdır. Türkiyə fövqəladə mövqe ötürücüsünü idxal edir və onu yalnız uzun müddət ərzində əldə edə bilirdi. Biz həm xarici məhsullardan texniki baxımdan daha üstün bir məhsulu milliləşdirdik, həm də bununla bağlı patent aldıq”.

“Pharus Tech Mühendislik ve Teknoloji AŞ” şirkətinin baş direktoru Doğan xarici markaların bu ötürücülərin suda sərbəst buraxılması üçün və hər iki ildən bir dəyişdirilməsi lazım olan cihazlardan istifadə etdiyini bildirib.

O qeyd edib ki, patentli həlləri ilə bu problemi aradan qaldırıblar və yenilənmə, eləcə də texniki xidmət müddətlərini iki ildən 10 ilə qaldırıblar.

Dəniz nəqliyyat vasitələri üçün hazırlanmış cihazın sertifikatlaşdırma mərhələsində olduğunu bildirən Doğan belə danışıb:

“Bundan sonra həm xaricdə, həm də Türkiyədə istənilən dəniz nəqliyyat vasitəsinə satıla biləcək. Hava nəqliyyat vasitələri üçün hazırladığımız fövqəladə mövqe ötürücüsünün isə prototipi tamamlanıb və sınaq sertifikatlaşdırma mərhələsinə daxil olur. O da 2026-cı il başa çatmamış tam hazır məhsul halına gətirilərək hava nəqliyyat vasitələrində istifadəyə veriləcək”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Doğan   Türkiyə   SAHA-2026  


Bizi "telegram"da izləyin