Ordu.az xəbər verir ki, bu barədə BBC peyk görüntülərinə və Şimali Koreyada yeni memorial kompleksin rəsmi fotolarına əsaslanaraq məlumat yayıb.
Bildirilir ki, bu məlumatlar rəsmi şəkildə açıqlanmasa da, yeni memorialın üzərində yerləşdirilən yazılarda buna dair işarələr aşkarlanıb.
Məlumata görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Moskva tərəfində döyüşən təxminən 2300 şimali koreyalı hərbçi həyatını itirib.
2024-cü ilin iyun ayında Şimali Koreya ilə Rusiya arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə təcavüz halında qarşılıqlı hərbi yardım müddəaları da yer alıb.
Bundan iki ay sonra, avqust ayında Ukrayna gözlənilmədən sərhədyanı Kursk vilayətinə daxil olub və 1000 kvadrat kilometrdən çox Rusiya ərazisini nəzarətə götürüb.
Dövlət tərəfindən maliyyələşdirilən Koreya Müdafiə Araşdırmaları İnstitutunun keçmiş baş elmi işçisi Kim Çin-munun sözlərinə görə, 2024-cü ildə bağlanan həmin müqavilə Şimali Koreya qoşunlarının ilk növbədə Ukraynanın digər cəbhə bölgələrinə deyil, məhz Kursk vilayətinə göndərilməsinə səbəb ola bilərdi.
Sevinc Əliyeva
Ordu.az