Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, ABŞ ilə danışıqlar məzmunlu keçib, tərəflər qarşıdakı görüş və səfərlərin qrafikini razılaşdırırlar.
“Bu gün Rustem Umerov ABŞ-də keçirilən görüşlərin nəticələri barədə məruzə etdi. Danışıqlar məzmunlu keçib. Zəruri səfərlərin qrafikini razılaşdırırıq və yaz-yay sərhədində Kiyevdə Amerika prezidentinin nümayəndələrini gözləyirik. Ümid edirik ki, bu dəfə planlaşdırılanları həyata keçirmək və diplomatiyanı aktivləşdirmək mümkün olacaq”, - deyə Zelenski bildirib.
Sevinc Əliyeva
Ordu.az