Ordu.az-ın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio İtaliyada jurnalistlərə açıqlamasında deyib.
M.Rubio qeyd edib ki, ABŞ bu prosesdə yardım göstərməyə hər zaman hazırdır:
"Biz (ABŞ - red.) vasitəçi rolunu oynamağa çalışdıq, lakin bu, bir sıra səbəblərə görə hələlik məhsuldar nəticə vermədi. Biz hələ də bu rolun məhsuldar olacağı təqdirdə onu oynamağa hazırıq. Biz irəliləməyən səylərə vaxt və enerji sərf etmək istəmirik. Lakin hər iki tərəfi sülh sazişinə yaxınlaşdıracaq vasitəçi kimi çıxış etmək imkanı görsək, bunu etmək istərdik".
O bildirib ki, ABŞ davam edən müharibəni "faciə" kimi qiymətləndirir və hər iki tərəf bunun üçün həm iqtisadi, həm də, açıq-aydın, insani baxımdan çox yüksək qiymət ödəyir.
Ordu.az