Gürcüstan və ABŞ münasibətlərinin gələcəyi müzakirə edilib

2026/05/Ekran-1778239596.jpg
Oxunub: 388     15:08     08 May 2026    
Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Kolter ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlər və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Tərəflər ABŞ-nin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayıblar. Görüş zamanı Gürcüstan–ABŞ münasibətlərinin daha da gücləndirilməsi istiqamətində gələcək addımlar da müzakirə edilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, tərəflər əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   ABŞ  


Bizi "telegram"da izləyin