İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya və Cənubi Osetiyanın liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik məktubları ünvanlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin rəsmi saytı məlumat yayıb.
Rusiya Prezidenti vurğulayıb: “Bu gün biz cəbhədə çiyin-çiyinə döyüşən, arxa cəbhədə çalışan, misilsiz qurbanlar və məhrumiyyətlər bahasına nasist işğalçıları üzərində çoxdan gözlənilən qələbəni yaxınlaşdıran atalarımıza və babalarımıza minnətdarlıq və ehtiramımızı bildiririk”.
Xarici dövlətlərin liderlərinə və vətəndaşlarına ünvanlanan təbrik mesajlarında Rusiya Prezidenti səmimi təbriklərini və İkinci Dünya müharibəsi veteranlarına, həmçinin arxa cəbhə əməkdaşlarına dərin minnətdarlıq sözlərini çatdıraraq onlara möhkəm cansağlığı, mənəvi güc və uzun ömür arzulayıb.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Putin
Rusiya
Azərbaycan