Zəngəzur dəhlizinin Türkiyə hissəsində işlər 4-5 ilə başa çatdırılacaq

2024/11/Ekran-1732104317.jpg
Oxunub: 450     14:25     08 May 2026    
Türkiyə Zəngəzur dəhlizinin onun ərazisinə düşən hissəsində işləri 4-5 ilə başa çatdıracaq.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində bildirib.

"Zəngəzur dəhlizi ilə bağlı işlərə başlamışıq. Bu günlərdə azərbaycanlı həmkarım Rəşad Nəbiyevlə Almaniyada görüş keçiridik. Orada müəyyən məsələləri müzakirə etdik. Azərbaycan da dəhlizin Naxçıvan hissəsində işləri başlayıb. Bütün işləri birlikdə tamamlayandan sonra o yoldan rahatlıqla istifadə edə biləcəyik. Bunun üçün 4-5 ilə ehtiyacımız var", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-dəhlizi   Türkiyə  


Bizi "telegram"da izləyin